RU
Paşinyan baş nazir seçilə biləcəkmi? - İclas başlayır
11:57
540

Paşinyan baş nazir seçilə biləcəkmi? - İclas başlayır

Bu gün Ermənistanda yenidən baş nazir seçkisi keçiriləcək.

7news.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunun üçün parlament saat 12:00-da iclasa hazırlaşır. Baş nazir postuna yeganə namizəd müxalif lider, parlamentin "Yelk” fraksiyasından  Nikol Paşinyandır. Deputatların mayın 1-də keçirilmiş iclasında Paşinyan lazımi 53 səsdən 45-ni toplayaraq hökumətin başına keçə bilməmişdi.

 

Bu gün də Nazirlər Kabinetinin rəhbəri seçilməzsə, qanunverici orqan avtomatik olaraq buraxılacaq.

7news.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ