RU
Paşinyan MTX sədri ilə polis rəisinin istefasını tələb edir
14:20
448

Paşinyan MTX sədri ilə polis rəisinin istefasını tələb edir

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin polis rəisinin və Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin istefasını tələb edir.

7news.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Paşinyan "Facebook” səhifəsində yazıb: "Elə indicə prezidentə Ermənistanın polis rəisi Vladimir Qasparyanın və MTX rəhbəri Georgi Kutoyanın istefası ilə bağlı məktub ünvanladım”. 

Qeyd edək ki, Qasparyan 2011-ci ildən, Kutoyan isə 2016-cı ildən vəzifəsini icra edir. 

 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ