Ermənistanın müxalif lideri, baş nazir postuna yeganə namizəd Nikol Paşinyan Rusiya, Avropa Birliyi, İran və Gürcüstan səfirləri ilə görüşmək niyyətindədir.
7news.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Paşinyan özü bəyan edib: "Biz, eyni zamanda diplomatik korpusların nümayəndələri ilə də görüş keçirəcəyik. Ölkədəki siyasi vəziyyəti müzakirə etməyi planlaşdırırıq”.
Xatırladaq ki, gələn həftə baş naziri seçmək üçün Ermənistan Parlamenti yenidən toplanacaq.
7news.Az








