RU
Paşinyan üçtərəfli görüşdə iştirakını təsdiqləyib
18:10
193

Paşinyan üçtərəfli görüşdə iştirakını təsdiqləyib

Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə oktyabrın 31-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşə gedəcəyini təsdiqləyib.

7NEWS.Az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə hökumət saatı”nda çıxışı zamanı deyib.
"Rusiya Prezidenti Soçidə üçtərəfli görüş keçirməyi təklif etdi. Mən öz iştirakımı təsdiqlədim”, - Paşinyan parlamentdə bildirib.

O, ötən dövr ərzində yığılan bir çox məsələlərin həll edilməli olduğunu qeyd edib.

Xatırladaq ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ