Ermənistanın Baş Naziri Nikol Paşinyan və xanımı koronavirusa yoluxma şübhəsi ilə əlaqədar karantinə alınıblar.
7News.Az "Yeni Sabah”-a istinaən xəbər verir ki, erməni mətbuatının yaydığı xəbərə görə, bu barədə Ermənistanın Baş Naziri sosial media hesabında canlı yayım edərkən deyib.
O deyib ki, sabah yoxlanışdan keçəcək. Baş Nazirin Sevanda yerləşən iqamətgahında olduğu deyilir. Karantinin əsas səbəbi isə həyat yoldaşının bu günlərdə Braziliya Prezidentinin xanımı ilə görüşməsidir.








