RU
Paşinyan xaç atasını qubernator təyin edib
13:00
43

Paşinyan xaç atasını qubernator təyin edib

Ermənistanın baş naziri Nikol Paşinyanın xaç atası David Xudatyan Armavir vilayətinin qubernatoru təyin edilib.

7News.Az Ermənistan KİV-lərə istinadən xəbər verir ki, bu barədə qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.

D.Xudatyan buna qədər maliyyə sektorunda ("Finca” və "Mogo” kredit şirkətlərində) çalışıb. O, 2018-ci ilin oktyabrında isə Armavir şəhərinin meri seçilmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ