RU
Paşinyandan Sarkisyana növbəti zərbə - Hamısı QOVULUR
14:48
1295

Paşinyandan Sarkisyana növbəti zərbə - Hamısı QOVULUR

Ermənistanın baş naziri Nikol Paşinyan yüksək postları sabiq baş nazir Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyasının nümayəndələrindən təmizləməkdə davam edir.

7news.Az Ermənistan KİV-inə istinadən xəbər verir ki, hökumətin bugünkü iclasında ölkənin bütün qubernatorların istefaları qəbul ediləcək.

Məlumata görə, 6 yeni təyinat barədə qərar veriləcək, 4 vilayətə isə qubernator təyinatı daha sonra olacaq. Bundan başqa, hökumətinin iclasında onun proqramı təqdim ediləcək.

Hikol Paşinyan daha əvvəl bildirib ki, bütün qubernatorları əvəz etmək lazımdır.

Qeyd edək ki, mayın 8-də baş nazir seçilən Nikol Paşinyanı Silahlı Qüvvələrı, kəşfiyyat və təhlükəsizlik orqanları, həmçinin strateji əhəmiyyətli siyasi dairələrin rəhbərliyində təmizləmələr aparıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ