"Bu həftə Ermənistanda heç kim qalmayacaq, hamısı Amerikada olacaq”.
"Yeni Sabah” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb.
O, bildirib ki, Xarici işlər naziri Zöhrab Mnatsakanyan iyulun 18-də Vaşinqtonda "dini azadlıqlar" konfransında iştirak edəcək:
"Ermənistan parlamentinin sədri Ararat Mirzoyan isə artıq Amerikadadır. O Vaşinqtonla yanaşı Nyu-York və Bostnda işgüzar görüşlər keçirəcək. Bu son deyil.
Ermənistan baş nazirinin müavini Tiqran Avinyan da Amerikaya yola düşür. O da Nyu-Yorkda hansısa konfransda iştirak edəcək.
Bir sözlə, Ermənistanın baş naziri Nikol Paşinyan Amerikaya əməlli-başlı siyasi desant göndərib. Paşinyan Amerikadan pul qopara bilməsə də, siyasi dəstəyə hələ də ümidlidir".








