Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan döyüşlərdə ölən erməni əsgərin ailəsi ilə görüşüb.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, Anna görüş zamanı özü ilə gətirdiyi xanımlarla birgə erməni ailəsinin evinə ayaqqabı ilə girib. Fotodan aydın görünür ki, Anna xalça ilə döşənmiş evdə süfrə arxasında əyləşib, ev yiyəsiylə uzun söhbət edib.
Qeyd edək ki, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bir müddət əvvəl də döyüşlərdə ölən erməni əsgərin ailəsini ziyarət edərkən də tənqidlərə tuş gəlmişdi. Ölən əsgərin anası ağladığı zaman Akopyanın telefonla oynamağa davam etməsi hər kəsi qəzənləndiribmişdi.











