RU
Paşinyanın partiyasının seçki proqramında II Qareginin dəyişdirilməsi və Aİ-yə üzvlük məsələsi yer alıb
16:14
23

Paşinyanın partiyasının seçki proqramında II Qareginin dəyişdirilməsi və Aİ-yə üzvlük məsələsi yer alıb

Ermənistanın Baş naziri Nikol Pashinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramında katolikosun dəyişdirilməsi ilə bağlı plan yer alıb.

Baş nazirin "Facebook” səhifəsində dərc olunan sənəddə erməni kilsəsində mərhələli islahat - hazırki katolikosun vəzifədən uzaqlaşdırılması, müvəqqəti rəhbərin seçilməsi, yeni nizamnamənin qəbulu və daha sonra kilsənin yeni rəhbərinin seçilməsi təklif olunur.

Eyni zamanda, hakim partiyanın proqramında Avropa İttifaqına üzvlük üçün müraciət ehtimalı da qeyd olunur.
Bununla yanaşı, sənəddə ölkənin balanslaşdırılmış xarici siyasət kursu yürütmək niyyəti vurğulanır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ