Ukrayna vətədaşlığından məhrum edildikdən sonra sənədsiz qalmış Mixail Saakaşvili Polşaya gəlib.
7news.Az-ın Virtualaz.org-a istinadən verdiyi məlumata görə, bu barədə məluatı "Telewizja Republika” yayıb. Saakaşvili Varşava üsyanının ildönümünə həsr edilmiş tədbirdə çıxış edib. O, Gürcüstanla Polşanın əməkdaşlığından və Ukraynadan danışıb.
KİV bildirir ki, Ukrayna hökuməti Saakaşvilinin bütün pasportlarının ləğv edilməsi barədə ABŞ və digər ölkələrə məlumat verib. Saakaşvilinin mətbuat xidməti onun pasportu və digər sənədləri olmadan başqa ölkəyə necə gedə bildiyini açıqlamayıb.








