RU
16:00
564

"Pati" intihara sürükləyir? - AÇIQLAMA

Cəmiyyətimizdə son zamanlar intihar hadisələri artmaqda davam edir.

Bununla bağlı BiG.AZ-a açıqlama verən psixoloq Aidə Nəbiyeva bildirib ki, cəmiyyətdə ailədaxili və ya sosial mühitdə baş verən problemlər, həyatın həddinnən artıq sürətli olması, psixoloji gərginliklər və son zamanlar bizim ekstremal situasiyalar yaşamağımız intiharların artmasına çox ciddi təsir edir:

"Həqiqətən də, gənclər hazırda müxtəlif maddələrdən və vasitələrdən istifadə edərək o gərginlikdən xilas olmaq istəyirlər, əgər xilas ola bilmirlərsə, müxtəlif neqativ yollara əl atırlar.

Düşünürəm ki, bu halların qarşısını almağın ən yaxşı yollarından biri cəmiyyətdəki yeniyetmələrə və gənclərə fərdi yanaşma, onların problemlərinin ümumiləşdirilməsi və bu sahə üzrə müəyyən sosial tədbirlərin, treninqlərin aparılmasıdir. İndiyədək bu sahədə görülən işlər ümumi şəkildə edilib, lakin məsələyə fərdi yanaşsaq, daha yaşı nəticə əldə edə bilərik".


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ