RU
Paurliftinq üzrə Azərbaycan kuboku keçiriləcək
23:08
1281

Paurliftinq üzrə Azərbaycan kuboku keçiriləcək

Kubok üçün təxmini 140-150 idmançı iştirak edəcək.

Portuqaliyada keçiriləcək dünya çempionatında iştirak etmək üçün sentyabr ayının 26-27-si “Zirvə” idman klubunda idmançılar Azərbaycan kuboku uğrunda mübarizə aparacaqlar.

7news.az  xəbər verir ki, yarışdan öncə isə sentyabrın 24-25-i çəki olacaq.

Kubok üçün təxmini 140-150 idmançı iştirak edəcək.

2008-ci il aprel ayının 5-də başlayan Şamaxı Olimpiya Kompleksində keçirilən pauerliftinq və benç-press üzrə gənclər arasında Azərbaycan çempionatı olub. Yarışda Bakının idman klubları və cəmiyyətləri ilə yanaşı, ölkəmizin müxtəlif şəhər və rayonlarının atletləri qüvvələrini sınayıblar.

Pauerliftinqdə Elmar Alıyev (52 kq, “Spartak”, MOİK), Asif Belıyev (56 kq, “Nur”, Gəncə), Elmir Tarverdiyev (60 kq, “Spartak”, Bakı), Pərvin Əsgərov (67,5 kq, Gəncə UGİM), Balı Hacıyev (75 kq, “Məhsul”, Gəncə), Emin Məmmədov (82,5 kq, “Nur”, Gəncə), Ceyhun Vəliyev (90 kq, Azərbaycan Pauerliftinq Federasiyası) və Şadman Hüseynzadə (100 kq, “Məhsul”, Gəncə) qızıl medala layiq görülüblər. Benç-press yarışında isə Elmar Alıyev (52 kq, “Spartak”, MOİK), Yusif Nurullayev (56 kq, Cəlilabad), Elmir Tarverdiyev (60 kq, “Spartak”, Bakı), Niyazi Həsənov (67,5 kq, “Məhsul, Gəncə), Zamir Məmmədov (75 kq, “Spartak”, Şamaxı), Bayram Əliyev (82,5 kq, “Gömrükçü”), Ceyhun Vəliyev (90 kq, Azərbaycan Pauerliftinq Federasiyası), Vüsal Mərdanov (100 kq, Azərbaycan Pauerliftinq Federasiyası) və Musa Acalov (110 kq, “Məhsul”, Bakı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Nəzərinizə çatdıraq ki, ilk dəfə powerliftinq üzrə Azərbaycan çempionatı 1996-cı il aprel ayında keçirilib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ