RU
12:17
881

"Paylaş" adlı xeyriyyə kampaniyasının ilk hissəsi başa çatdı

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Novruz bayramı ərəfəsində başlatdığı "Paylaş" adlı xeyriyyə kampaniyasının ilk hissəsi başa çatdı.

Məhşurların iştirakı ilə aparılan video kampaniya çərçivəsində geyimlərini bölüşmək istəyən xeyirxah insanlar təşkilatın ofisinə gələrək geyimlərini və bu kimi digər əşyalarını təhvil verdilər. Nəticədə bu əşyalar AGAT idarə heyəti tərəfindən çeşidlənərək, yüzlərlə insanın yaşadığı 1 saylı Psixo-Nevroloji Sosial Xidmət Müəssisəsinə və Uşaq Psixo-Nevroloji Mərkəzində himayə olunan 0-7 yaş arası uşaqlara çatdırıldı.

AGAT təşkilatından verilən məlumata görə bu kampaniyası hər il dövri  olaraq davam etdiriləcəkdir.

Qeyd edək ki, əsas məqsədi ehtiyacı olan insanlara yardım etmək olan "Paylaş" kampaniyası qısa müddətdə  minlərlə sosial şəbəkə istifadəçisinin geniş marağına səbəb olmuşdur.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ