RU
12:05
1257

"Paylaş" kampaniyasına start verildi - VİDEO

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Novruz bayramı ərəfəsində "Paylaş" adlı xeyriyyə kampaniyasına start verib. Kampaniyanın məqsədi ehtiyacı olan insanları geyimlərlə təmin etməkdir. Kampaniya çərçivəsində məhşur simalar video çarxa çəkilərək, insanları paylaşmaq istədikləri geyimləri bölüşməyə səsləyiblər. Video çarxda Alim Qasımov, Günay Malikqızı, Eldar Qasımov, Oksana Rasulova, Samira, Ceyhun Əli, İlqar Muradov, Maksim Medvedyev kimi məhşur simalar iştirak ediblər.

AGAT-ın Facebook səhifəsində verilən məlumata əsasən, AGAT Black Garden kompaniyası ilə birgə bu xeyriyyə aksiyasının çəkilişlərinə Fevral ayının əvvəllərindən start verib.

Əgər siz də Novruz Bayramı ərəfəsində kimsəsiz, ehtiyacı olan insanları sevindirib, onların bir gülüşünə səbəb olmaq mart ayının 19-na qədər paylaşmaq istədiyiniz geyimlərinizi Nərimanov rayonu Həsənoğlu 8 küçəsində yerləşən Etika Akdamiyasına təqdim edə bilərsiniz.

Novruz bolluğun, bərəkətin və xeyirxahlığın rəmzidir. Gəlin, bu Novruz ehtiyacı olanları sevindirək! Biz paylaşdıq, sən də paylaş!

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ