RU
Paytaxt çayxanalarından birində kütləvi dava zamanı iki nəfər bıçaqlanıb
13:20
483

Paytaxt çayxanalarından birində kütləvi dava zamanı iki nəfər bıçaqlanıb

Bakının Yasamal rayonunda iki nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub.

Dava 2-ci Alatava ərazisində yerləşən çayxanalardan birində 6 nəfər arasında düşüb.

Nəticədə 57 yaşlı Alıyev Alı Yadullah oğluna iki, 32 yaşlı Məmmədov Qədir Vilayət oğluna isə bir bıçaq zərbəsi vurulub. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, A.Alıyevin vəziyyəti ağırdır.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır./report
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ