Buna səbəb qanundakı boşluqlardır.
8 ay ərzində Bakıda baş verən qəzalarda 52 azyaşlı ölüb, 144-ü isə yaralanıb.
Sürücü və ya piyadanını məsuliyyətsizliyi sonda insan həyatı bahasına başa gəlir. Bəzən bu hadisələrin qurbanları günahsız körpələr olur. Bu ilin 8 ayı ərzində respublikanını avtomobil yollarında baş verən 1459 yol nəqliyyat hadisəsində 52 azyaşlı dünyasını dəyişib. 144-ü isə yaralanıb. Dünyasını dəyişən azyaşlıların bir hissəsi avtomobildə təhlükəsizlik qaydalarına riayət olunmaması nəticəsində ölübsə də piyada kimi vurulanar da az olmayıb.
BDYPİ-nin şöbə rəisi Kamran Əliyev açıqladı ki, ölənlərin 15-i, qalanların isə 37-si 7 yaşadək olan uşaqlardır. Dünyasını dəyişənlərin 38-i, yaralıların 95-i isə 16 yaşadək olan azyaşlılardır.
Ümumiyyətlə 8 ay ərzində baş verən piyada qəzaları ümumi qəzaların 39,1 faizini təşkil edib. Yəni yenə də piyada qəzaları digər qəzalardan daha çoxdur. Burada isə əksər vaxt sürücü deyil günahkar məhz vurulan piyadanını özü olur. Baş verən piyada qəzalarının araşdırması zamanı müəyyən edilir ki, onunu avtomobilin zərbəsinə tuş gəlməsinə səbəbi əksər halda qadağan olunmuş yerdən yolu keçmək cəhdi, işıqforun qırmızı işığına fikir verməməsi və ya digər yol hərəkəti qaydasını pozmasıdır.
Ekspert Ərşad Hüseynov fikrincə piyadaların bu cür qayda pozuntuluranı yol verəməsinin əsas səbəbi onlar arasıda maariflənirmə işlərinin aparılmaması və qanunvericilikdə olan bəzi boşluqlardır.
Görünən odur ki, hər kəs qanunun tələblərinə əməl etməlidir ki, sonda faciə onu haqlamasın. Xüsusilə piyadalar da hərəkət iştirakçısı olduqlarını nəzərə almalı və yol hərəkəti qaydalarına əməl etməlidirlər. Həm özünün, həm də qarşısına çıxdığı avtomobildəkilərin təhlükəsizliyi üçün./ans
7news.az








