RU
Paytaxtda 39 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
13:05
381

Paytaxtda 39 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yolu keçən 1984-cü il təvəllüdlü Fəxrəndə Məmməd qızı Hacıyevanı avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Fakt araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ