RU
Paytaxtda 48 yaşlı kişini ülgüclə doğradılar - VİDEO
11:50
521

Paytaxtda 48 yaşlı kişini ülgüclə doğradılar - VİDEO

Bakının Nizami rayonunda 48 yaşlı kişiyə ülgüclə xəsarət yetirilib.

7News.Az bildirir ki, Həsənov Şahin Vilayət oğlu kafelərin birində qonşusu ilə mübahisə edib.

Mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı qonşusu Şahin Həsənova ülgüclə xəsarət yetirib.

Boyun nahiyəsindən bir neçə ağır xəsarət alan yaralı 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb.

Ona üzün və boyunun sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ