RU
Paytaxtda ahıl kişi bacısının əri tərəfindən çəkiclə döyülüb
13:30
468

Paytaxtda ahıl kişi bacısının əri tərəfindən çəkiclə döyülüb

Paytaxtın Binəqədi rayonunda bir nəfər küt alətlə döyülərək ağır xəsarət alıb.

 1954-cü il təvəllüdlü Quliyev Mərkəz Faiq oğlu Binəqədi qəsəbəsində yaşadığı evdə bacısının həyat yoldaşı ilə əlbəyaxa dava edib.

Nəticədə ahıl kişi çəkiclə döyülüb. O, ağır bədən xəsarətləri alıb.

Yaralı qohumlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb./report

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ