Bakıda avtomobil 45 yaşlı qadını vuraraq hadisə yerindən uzaqlaşıb.
Hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 45 yaşlı Rəhmanova Nailə Rəhman qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyin, bədənin çoxsaylı əzikləri və sınıqları diaqnozları qoyulub. N.Rəhmanovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsini törədən sürücü ərazidən yayınıb.
Hadisənin təfərrüatı araşdırılır.
7NEWS.Az







