RU
Paytaxtda avtoyuma məntəqəsində yanğın olub
12:10
619

Paytaxtda avtoyuma məntəqəsində yanğın olub

Bakıda avtoyuma məntəqəsində yanğın baş verib.

7news.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 70 m² olan avtoyuma məntəqəsinin dam örtüyü 40 m² sahədə, yaxınlıqdakı 4 ədəd şam ağacı və ümumi sahəsi 10 m² olan köməkçi tikilinin içərisində köhnə avtomobil ehtiyat hissələri yanıb, yüksək temperaturdan bitişik hasarın plastik üzlüyü 12 m² sahədə əriyib.

 

Avtoyuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

7news.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ