Bu gün Bakı şəhəri, Binəqədi rayonunda güclü yanğın olub.
7News.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayon ərazisində yerləşən 5 ədəd fərdi yaşayış evində yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının qüvvələri cəlb olunub.
Yanğın saat 09:10-da söndürülüb. Əlavə məlumat veriləcək.








