Bakıda daha bir intihar hadisəsi baş verib.
Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1938-ci il təvəllüdlü Vəli Orucəli oğlu Vəliyev yaşadığı evdə sirkə turşusu içib. Təcili olaraq xəstəxanaya çatdırılan V. Vəliyevin həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, V. Vəliyev sirkə turşusunu intihar məqsədi ilə içib./apa
7News.Az








