RU
Paytaxtda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı
21:40
506

Paytaxtda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

Bakıda hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən şəxs tutulub.

7NEWS.Az xəbər verir ki, paytaxt sakini olan bir nəfərə hədə-qorxu gələn şəxsin ondan 1000 manat alması, sonradan yenə də pul tələb etməsi barədə polisə məlumat daxil olub.
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Əlişan Yediyarov saxlanılıb.

Araşdırma aparılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ