RU
Paytaxtda iki yanğın hadisəsi baş verib
09:31
2196

Paytaxtda iki yanğın hadisəsi baş verib

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli 16 mənzilli kommunal tipli evin 2-ci mərtəbəsində vətəndaşa məxsus evin bir hissəsi yanıb.

Mənzilin digər hissəsi isə yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi isə Bakı şəhəri, Sabunçu rayonunda qeydə alınıb.

Vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzildə yanğın baş verib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 23:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ