RU
Paytaxtda qadın sürücünün səhvi 3 avtomobilin toqquşmasına səbəb oldu - VİDEO
12:44
477

Paytaxtda qadın sürücünün səhvi 3 avtomobilin toqquşmasına səbəb oldu - VİDEO

Bakıda 31 yaşlı qadın sürücünün yol hərəkəti qaydasını pozması üç avtomobilin toqquşması ilə nəticələnib.

Hadisə Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində, 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidə baş verib.

Belə ki, Əliyeva Günay Füzuli qızı idarə etdiyi "Hyunday" markalı avtomobillə yol nişanın "Yol verin" tələbini pozaraq dairədə hərəkəti davam etdirmək istəyib. Bu zaman dairədə hərəkətdə olan "Mercedes" markalı digər maşın "Hyundai" markalı minik avtomobilinə, o da "Nissan" markalı digər avtomaşına çırpılıb.

Nəticədə G.Əliyeva xəsarət alıb. O, "Təcili yardım maşını" ilə xəstəxanaya aparılıb.
"Mercedes" markalı avtomobil deformasiyaya uğrayıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Hadisənin törədilməsinə səbəb kimi qadın sürücünün yol hərəkəti qaydasını pozması göstərilib.//Report

7News.az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda qadın sürücünün səhvi 3 avtomobilin toqquşmasına səbəb olub

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ