RU
Paytaxtda təmir sexindən maşın qaçıran şəxs tutulub
16:30
109

Paytaxtda təmir sexindən maşın qaçıran şəxs tutulub

Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərindən birinin qarşısından "Daewoo” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

DİN-dən 7News.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini Eldar Nağıyev Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.

O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ