Bu gün səhər saatlarında paytaxtın mərkəzində, Neft Akademiyasının qarşısında yol qəzası baş verib.
Qəzaya səbəb "Opel" markalı maşın olub.
Maşının sürücüsü, yaşlı kişi yol kəsişməsində qayda pozub və nəticədə "Honda" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə "Opel"i yan tərəfdən vuran "Honda" onu səkinin üstünə çıxarıb.
"Opel"in sürücüsü başından yaralanıb. "Honda"nın qadın sürücüsünə isə heç nə olmayıb./olke
7news.az











