RU
Paytaxtın ticarət dövriyyəsi 15 mlrd. manatı ötüb
15:00
204

Paytaxtın ticarət dövriyyəsi 15 mlrd. manatı ötüb

Bu ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 5,7% artaraq 15 247,2 mln. manat olub.

Bakı Statistika İdarəsindən 7NEWS.Az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6% artaraq 8 532,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1% azalaraq 6 714,6 mln. manata bərabər olub.
Məlumata görə, istehlak məhsullarının 36,3%-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,7%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17%-i isə paytaxtın məhsul bazarlarında satılıb.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ