Çox vaxt valideynlər övladlarında olan hər hansı bir narahatlığı “çöpü qalıb” kimi tibbə məlum olmayan bir diaqnozla əlaqələndirməyə çalışırlar. Və bu zaman çarəni el arasında Çöpçü adı ilə tanınan şəxslərdə axtarırlar. Əməkdaşımız Ayna Məmmədova bu dırnaqarası peşə sahiblərinin fəaliyyətini araşdırıb və bir sıra məqamlara aydınlıq gətirib.
Qusma... İshal... Halsızlıq... Yüksək temperatur... Bu kimi halları övladında müşahidə edən valideynlərin bəziləri nədənsə çarəni həkimdə yox, çox vaxt el arasında çöpçü kimi tanınan şəxslərdə axtarır. Biz də bu qeyri-adi bacarıq sahibləri ilə həmsöhbət olduq. Söhbət əsnasında öyrəndik ki, çöpçülər heç də həmişə onlara üz tutan valideynlər üçün ümid işığı yandıra bilmirlər. Necə deyərlər, elə vəziyyətlər yaranır ki, özləri də çarəsiz qalırlar. Həkimlər isə vəziyyətin ciddi olduğunu deyirlər. Və valideynləri diqqətli olmağa çağırırlar. Bu təhlükə gecikmiş ishal hallarında da mövcuddur. Unutmayın ki, müraciət üçün yanlış ünvanın seçilməsi vaxt itkisinə gətirib çıxarır. Bu da sonda həyat üçün təhlükə yaradır. Belə dırnaqarası peşə sahiblərinə müraciət etməkdənsə müasir texnikaların yer aldığı xəstəxanalara üz tutaq. Bu çağırışımızı əsaslandırmaq üçün çəkiliş zamanı kameramızın obyektivindən yayınmayan bir faktı sizə şərhsiz olaraq təqdim edirik./ttv
7news.az








