Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən, PDM ekipajları döyüş atışları icra edir.
Bu barədə 7News.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Gündüz və gecə vaxtı keçirilən təlim məşqlərinin əsas məqsədi zirehli texnika ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsidir.
7News.Az








