RU
Pedalların yerini səhv saldı
13:48
1031

Pedalların yerini səhv saldı

Pedalların yerini səhv salan sürücü avtomobili çaya aşırdı.  Bu görüntülər Çinin Dzyanqsu vilayətində lentə alınıb. Ehtiyatsızlıqdan maşını çayın içinə sürən qadın sürücü ətrafdakıların köməyi ilə son anda xilas edlib.

Şəhər polisinin açıqlamasına görə təcrübəsiz sürücü əyləclə sürət pedalının yerini səhv salıb. Bir anda sürətlənən nəqliyyat vasitəsi yaxınlıqdakı maşına çırpıldqdan sonra yol kənarındakı çaya doğru istiqamətlənib.  Yaxınlıqdakı restoranın müştəriləri baş verən qəzanın canlı şahidi olublar. Dərhal köməyə qaçan yerli sakinlər  çayda boğulma təhlükəsi ilə üzləşən  qadınını xilas ediblər.

Sakinlərdən biri avtomobilin üzərinə tullanıb və şüşəni sındıraraq qapını açmağa müvəffəq olub. Bundan sonra boğulmaq üzrə olan qadın avtomobildən, daha sonra çaydan çıxarılıb.

Hadisədən bir gün sonra əlaqədar qurumlar ölmək üzrə olan qadını xilas edən sakinlərə şərəf medalı təqdim ediblər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ