RU
“Pegasus” Azərbaycandan uçuşları müvəqqəti dayandırdı
16:59
555

“Pegasus” Azərbaycandan uçuşları müvəqqəti dayandırdı

Türkiyənin aşağıbüdcəli "Pegasus” aviaşirkəti Azərbaycandan uçuşları dayandırıb.

Bu barədə aviaşirkətdən bildirilib. 

Məlumata görə, Qəbələ-İstanbul və əks istiqamətə uçuşlar sentyabr ayının 30-dan etibarən dayandırılıb. Şirkətdən tam olaraq səbəb açıqlanmasa da, uçuşların mövsümü xarakterli olduğu üçün dayandırıldığı bildirilib. "Pegasus”dan o da bildirilib ki, Azərbaycana yeganə olaraq Qəbələdən uçuşlar mart ayında yenidən bərpa ediləcək.

Qeyd edək ki, aviaşirkət 2016-cı ilin mart ayından etibarən Qəbələdən uçuşları bərpa etmişdi. Şirkət Qəbələ hava limanından həftədə 3 reys həyata keçirirdi./fins.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ