Çin paytaxtında daxili ötürülmə yolu ilə yeni növ koronavirusa (COVID-19) yoluxmuş bütün pasiyentlər sağalıb.
7News.Az bildirir ki, AZƏRTAC Pekin hökumətinin səhiyyə komitəsinə istinadla xəbər verir ki, sonuncu COVID-19 xəstəsi iyunun 8-də müalicəni başa vuraraq xəstəxananı tərk edib. Ötən sutka ərzində təsdiqlənmiş, şübhəli və asimptomik yoluxma da qeydə alınmayıb. Ümumiyyətlə, ardıcıl 54 gündür ki, Pekində daxili ötürülmə yolu ilə yoluxma baş verməyib. İndiyədək xaricdən gələn 174 nəfərin yeni növ koronavirus daşıyıcısı olduğu aşkarlanıb. Onların da 173 nəfəri müalicəni başa vurub.
Qeyd edək ki, Pekində indiyədək daxili ötürülmə yolu ilə 420 yoluxma və 9 ölüm faktı qeydə alınıb. COVID-19 böhranı ilə əlaqədar Çin paytaxtında qüvvədə olan fövqəladə hazırlıq dərəcəsi iyunun 6-da bir pillə aşağı salınaraq 3-cü səviyyəyə endirilib. Bu da öz növbəsində karantin tədbirlərinin növbəti yumşaldılması deməkdir. İyunun 8-dən etibarən Pekinin orta məktəblərinin 4 və 5-ci siniflərində, habelə uşaq bağçalarında dərslər bərpa olunub. İlk 3 sinif istisna olmaqla digər siniflər üzrə dərslər daha əvvəl bərpa olunmuşdu.

7News.Az