RU
Pekində Çin Kommunist Partiyasının XIX qurultayı başladı
11:40
477

Pekində Çin Kommunist Partiyasının XIX qurultayı başladı

Pekində dünyanın ən böyük siyasi partiyası olan Çin Kommunist Partiyasının XIX qurultayı başlayıb.

Qurultayda ölkənin yeni ali rəhbərliyinin seçilməsi və partiya nizamnaməsinə dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Çin Kommunist Partiyasının qurultayı beş ildən bir keçirilir. Bu il qurultay 18-24 oktyabr tarixlərində keçiriləcək. Oktyabrın 25-də XIX çağırış Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci plenumu keçiriləcək. Plenum Siyasi Büronun yeni tərkibini və Siyasi Büronun Daimi Komitəsinin tərkibini müəyyən edəcək.  

Paytaxta ÇKP-nin 89 mln. üzvündən seçilmiş 2287 nümayəndə dəvət edilib./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ