Pekinin meyvə-tərəvəz bazarında mikroavtobusu kütləni üzərinə sürüblər.
7news.Az xəbər verir ki, bu barədə şəhərin təhlükəsizlik xidməti "Weibo” şəbəkəsindəki hesabında bildirib.
Hadisə Çanpin rayonunda yerləşən bazarda baş verib. İlkin versiyaya görə, mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini həmin an bazarda olan insanların üzərinə sürüb.
Dörd nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin səbəbkarı saxlanılıb, polis araşdırmaya davam edir.
7news.Az








