7NEWS.az xəbər verir ki, Çinin paytaxtı Pekində bu gün günorta saatlarında havanın temperaturu 40 dərəcəyə çatıb. Pekin Bələdiyyə Meteoroloji Rəsədxanası tərəfindən edilən açıqlamada, Pekində hava istiliyinin rəsədxananın qurulduğu 1951-ci ildən bəri ilk dəfə iki gün ardıcıl olaraq 40 dərəcə Selsi keçdiyi bildirilib. Pekində son 9 ildə ilk dəfə yüksək hava istiliyinə görə xəbərdarlıq sistemində ən yüksək səviyyəli qırmızı siqnal verilib.
7NEWS.az








