RU
Pekində yanğın nəticəsində 19 nəfər ölüb
12:30
644

Pekində yanğın nəticəsində 19 nəfər ölüb

Pekinin cənubunda yanğın nəticəsində 19 nəfər ölüb, 8 nəfər xəsarət alıb.  

 

Hadisə ötən gün saat 18.00 radələrində Dasin rayonu Sintszyan qəsəbəsində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər 3 saat sonra yanğını söndürə biliblər.  

 

Hadisə yerinə Pekinin meri baş çəkib. Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi işçi qrupu  yaradılıb.

 

Məlumata görə, yanğın qanunsuz sənaye istehsalat müəssisəsində baş verib, hadisədə günahı olduğu ehtimal edilən şəxslər saxlanılıb. /apa

 


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ