Saatlarla sürən tıxac, gözləməkdən təngə gələn sürücülər, sərnişinlər. Bəzi iri şəhərlərdə bu vəziyyət demək olar ki, adi hal alıb. Çinin paytaxtı Pekin də belə şəhərlərdən biridir.
Bu şəhərin yollarında iynə atsan yerə düşməz. Gün ərzində minlərlə avtomobilin hərəkət etdiyi bu yollarda isə insanların işə gecikməsi artıq adi hal alıb. Ən maraqlısı isə 100 kilometrə çatan tıxac zamanı avtomobil sahiblərinin sakit davranışı, səs siqnalları ilə bir-birini narahat etməməsi isə diqqətçəkən məqamlardandır.
Qeyd edək ki, Pekində mütəxəsisslər tıxacın qarşısını almaq üçün bir sıra layihələr irəli sürsələr də hələ ki, problemi tam həl etmək mümkün olmur./atv
7news.az








