Dünya futbolunun canlı əfsanəsi Pele bu gecə Rio de Janeyroda 31-ci Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Olimpiya məşəlini yandırmalı idi.
Lakin böyrəklərində problemlər olduğunu deyən Pele mərasimə qatılmayıb.
7News.Az Globo-ya istinadən bildirir ki, 75 yaşlı Pele 78500 yerlik "Maracana" arenasına yollana bilməməsinin səbəbini açıqlayıb: "Ağrılarım, səhhətimdəki problemlər bu arzumu reallaşdırmağa imkan vermir. Məni bağışlayın, gələ bilməyəcəyəm. Karyeram ərzindəki zədələr, travmalar indi, bu yaşımda fəsadlarını göstərir. Mərasimə qatılmadığım üçün bütün braziliyalılardan üzr istəyirəm. Bu yarışlarda və mərasimdə iştirak edənlərin hamısına Tanrı kömək olsun".
7News.Az












