Hindistanın İtanagar şəhərində Çippi ləqəbli 8 yaşlı pələng qəfəsdən qaçıb və 35 yaşlı zoopark işçisi Pulaş Karmakara hücum çəkərək öldürüb.
Bu barədə "The Hindu" qəzeti yazır.
Belə ki, Karmakar mayın 18-də qəfəsin yaxınlığındakı gölü təmizləyərkən pələngin hücumuna məruz qalıb. Zooparkın gözətçisi Raya Flaqo həkim və digər personal ilə birlikdə onun köməyinə gəlsələr də, hadisə yerinə çatdıqda Puşaş artıq ölmüş olub.
Flaqonun sözlərinə görə, hadisə pələngin qəfəsini bağlamayan işçilərin səhlənkarlığı ucbatından baş verib.
Karmakarın meyiti ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.
7News.Az








