Dünya futbolunun canlı əfsanəsi, 75 yaşlı Pele üçüncü dəfə ailə qurub. O, 50 yaşlı Marsiya Sibel Aoki ilə evlənib.
7News.Az El Mundo-ya istinadən bildirir ki, Pele 6 ildən bəri qeyri-rəsmi nikahda yaşadığı xanımı ilə toyunu San-Paulu şəhərinin yaxınlığındakı kiçik Qauruca şəhərciyində gerçəkləşdirib.
Sadə, təmtəraqsız toya çox az qonaq dəvət olunmuşdu.
Pelenin dediyinə görə, Marsiya ilə San-Paulu şəhərində yaşadığı evində, liftdə tanış olub.
Pelenin ilk xanımı Rosimeri Çolbi ilə 12 illik nikahından 3, 14 il nikahda olduğu müğənni Assiriya Nasimentudan isə 2 övladı var.
Əslən yapon olan Marsiya Braziliyanın məşhur pediatrlarından biridir.
Pelenin ilk nikahından olan oğlu Edson Çolbi 2014-cü ildə narkoticarətdə suçlanaraq 33 il müddətinə azadlıqdan məhrum edilib.
7News.Az













