"Roma”nın yarımmüdafiəçisi Lorentso Pelleqrini UEFA Konfrans Liqasının qrup mərhələsində komandanın "Budyo Qlimt”ə səfərdə 6:1 hesabı ilə məğlub olması ilə bağlı fikirlərini açıqlayıb.
"İndiki vəziyyətdə deyiləcək şeylər azdır. Mən sadəcə üzr istəyə və tezliklə düzgün yola qayıdacağımıza söz verə bilərəm. Nəyin lazım olduğunu soyunub-geyinmə otağında danışdıq. Hərdən nələrisə öyrənmək üçün şillə lazım olur. Bu gün tam şəkildə layiq olduğumuz həmin şilləni aldıq”, - deyə L.Pelleqrini bildirib.
7News.Az








