Türkiyə ordusunun İraqın şimalında keçirdiyi "Pençe-Kilit” əməliyyatında PKK/YPG-nin 3 terrorçusu zərərsizləşdirilib.
Bu barədə 7NEWS.Az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Milli Müdafiə Nazirliyi Türkiyə sərhədi yaxınlığında terror təhlükəsinin aradan qaldırılması üzrə əməliyyatların davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, "Pençe-Kilit” əməliyyatı İraqın 3 bölgəsində həyata keçirilir və aprelin 18-dən bugünədək 85 terrorçu məhv edilib.








