"Pensiyaçılara verilən birdəfəlik maddi yardımlar gələcəkdə pensiyanın təkibində hesablanacaq”.
7NEWS.Az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev "Sosial saat”da deyib.
O bildirib ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilən şəxslərə gələcəkdə veriləcək artımlar yeni qaydada hesablanacaq: "Hərbçilərin pensiya məbləğində vəzifə maaşı müəyyən məbləği təşkil edir. Ötən ilin sonlarında müvafiq sərəncamla hərbi rütbəli şəxslərin vəzifə maaşlarına 20 % məbləğində əlavə edilib. Hesablama göstərirdi ki, əmək pensiyalarının artımı 9,2 % məbləğində olacaq. Maddi yardım isə 10 %-dir. Hətta bu hər kəsin əmək pensiyasının 10 % məbləğindədir”.
Z.Mirzəyev əlavə edib ki, pensiyaçının vəzifə maaşlarında artım məfhumu yoxdur: "Hərbi qulluqçunun vəzifə maaşında artım ola bilər. Pensiyaçı olan dövlət qulluqçusunun vəzifə maaşı ola bilməz”.
7NEWS.Az







