RU
Pensiyanın kart hesablarına köçürülməsi başa çatıb
13:32
1057

Pensiyanın kart hesablarına köçürülməsi başa çatıb

Bayrama kimi pensiya almaq mümkün olacaq.

Bu ilin mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsini yekunlaşdırıb. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu qarşıdan gələn maliyyələşməni Novruz bayramı ilə əlaqədar olaraq edib. 

Belə ki, mart ayının 15-dək respublikanın şəhər və rayonları üzrə pensiya məbləğlərinin qrafikdə nəzərdə tutulmuş müddətdən əvvəl vətəndaşların pensiya plastik kart hesablarına köçürülməsi başa çatdırılıb.

2016-cı il yanvar ayının 1-i tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 299 946 nəfərdir. Onların 60,1 faizini yaşa görə, 28,8 faizini əlilliyə görə, 11,1 faizini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ