RU
 Pentaqon daha bir ölümü təsdiqlədi: “İŞİD liderlərinin gedəcək yeri yoxdur”
11:56
337

Pentaqon daha bir ölümü təsdiqlədi: “İŞİD liderlərinin gedəcək yeri yoxdur”

7News.az xarici mediaya istinadən bildirir ki, ABŞ-ın Müdafiə Nazirliyi İŞİD-in yüksək rütbəli səlahiyyətlilərindən olan Əbu Ənəs Əl-İraqinin yanvarın 8-də Rakkaya gedərkən ABŞ xüsusi təyinatlılarının keçirdiyi əməliyyatda öldürüldüyünü bildirib. 

Pentaqon sözücüsü Peter Cook Müdafiə Nazirliyindəki vəzifəsinin son günündə jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, öldürülən terrorçu İŞİD lideri Əbu Bəkir əl- Bağdadinin media və maliyyə əməliyyatlarından məsul şəxsi idi. 

Əl-İraqinin əvvəllər "Əl -Qaidə” ilə əlaqəsinin də olduğunu deyən Cookun sözlərinə görə, onun fəaliyyəti 2007-ci ildən əvvəl də olub:”2007-ci ildən əvvəl "Əl-Qaidə”nin İraqdakı təbliğat məsulu olan Əl-İraqi İraqda ABŞ və koalisiya qüvvələrinə qarşı hücumları təşviq edib. Onun ölümü İŞİD liderlərinə gedə biləcəkləri bir yerin olmadığını xatırladır. "Əl-Qaidə”nin xarici əməliyyatlarından məsul olduğu iddia edilən Məhəmməd Həbib Busseddinin Əl-Tunisi də İdlib yaxınlığında hava hücumunda öldürülüb”.

Pentaqon sözçüsü Peter Cook tərəfindən verilən yazılı açıqlamada yanvarın 17-də reallaşdırılan hücumda öldürülən Əl-Tunisinin "Əl-Qaidə” terror təşkilatının qərb ölkələrində terror hücumu planlarına məsul şəxs olduğu vurğulanıb: "Tunisdan olan Bussəddin müxtəlif radikal təşkilatlarla əlaqə quraraq Avropa və Orta Şərq ölkələrində qaldıqdan sonra 2014-ci ildə Suriyaya gedib. Bussəddinin ölümü "Əl-Qaidə”nin xarici əməliyyatlarda təcrübəsi olan döyüşçüləri və liderinə zərbə vuracaq”. //cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ