Beynəlxalq koalisiya qüvvələri Suriyada İŞİD terror qruplaşmasının əsas rəhbərlərindən biri Mahmud əl-İsauini zərərsizləşdiriblər.
7news.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Pentaqonun yaydığı məlumatda bildirilir.
Qeyd edilir ki, Suriyada İŞİD-in fəaliyyətini koordinasiya edən Mahmud əl-İsauini 31 dekabr 2016-cı il tarixdə aviazərbələr nəticəsində öldürülüb.
"Mahmud əl-İsauini İŞİD liderləri və qruplaşmanın nəzarət etdiyi ərazilər arasında maliyyə axınına nəzarət edirdi, həmçinin təbliğat və kəşfiyyat əməliyyatlarına dəstək verirdi”, - məlumatda deyilir.
7news.Az








