RU
Pentaqon rəhbəri Putindən şikayət edib
23:45
370

Pentaqon rəhbəri Putindən şikayət edib

Vəzifəsini tərk edən Pentaqon rəhbəri Eşton Karter hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın dünya siyasətinə təsirini zəiflətmək istəyi rəsmi Vaşinqton və Moskvanın birgə maraqlarına ziddir.

7news.Az-ın Lenta.ru-ya istinadən məlumatına görə, o bu barədə cümə günü, yanvarın 6-da, "The Wall Street Journal” nəşrinə müsahibəsində deyib.

Karterin sözlərinə görə, Putin öz siyasətinin uğurluğunu digər ölkələrə yaradılan "narahatlıq dərəcəsi” ilə müəyyən edir. 

"Məhz bu, körpü tikintisini çətin məsələyə çevirir” - o əlavə edib.

Pentaqon rəhbəri qeyd edib ki, Rusiyanın Suriyadakı hərbi kampaniyası İŞİD-ə yox, mülayim müxalifət qüvvələrinə qarşı yönəlib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ